PEŞƏKAR BOKSDA SENSASİYA: Kliçkoya qalib gələn boksçunu görün kim məğlub etdi... - FOTO

Baxış sayı:
1657

Ötən geçə New York-un Madison Square Garden arenasında keçən qarşılaşmada meksikalı boksçu Andy Ruiz ağır çəkidə IBF, WBO və WBA çempionu titullarının sahibi Anthony Joshua-nı məğlub edərək ağırçəkili boks tarixində ən böyük sensasiyalardan birinə imza atmış olub.

Anthony Joshua-nın Andy Ruiz ilə döyüşü yeddi raund davam edib: ilk əvvəl Joshua üçüncü raundda Ruiz-i nokdauna göndərib, lakin bundan sonra meksikalı boksçu özündə güc taparaq Anthony Joshua-nı dörd dəfə nokdauna göndərib.

Nəticədə, yeddinci raundda döyüş dayandırılıb və meksikalı bokçu qalib elan olunub.

Beləliklə, Anthony Joshua peşəkar karyerasında ilk dəfə olaraq məğlubiyyətə uğrayıb.

Oyundan qabaq bukmekerlər britaniyalı Anthony Joshua-nın meksikalı Andy Ruiz-ə qalib gələcəyini 25:1 nisbəti ilə proqnozlaşdırırdılar.

Məğlubiyətindən sonra 29 yaşlı Joshua deyib: "Mən yaxşı döyüşçüyə uduzdum".

"O çempion oldu, mən isə çempionluğumu qaytarmalıyam", - britaniyalı boksçu əlavə edib.

Andy Ruiz Jr knocks down Anthony Joshua

Andy Ruiz indiyədək 33 döyüş keçirib, onlardan 32-də qalib gəlib

Döyüşdən əvvəl bu qarşılaşmanın autsayderi sayılan 29 yaşlı Andy Ruiz isə qalib elan olunduqdan sonra rinqdə tullanıb-düşüb.

ABŞ-da doğulan Andy Ruiz əslən meksikalıdır, onun valideynləri meksikalıdırlar. O, boks karyerası ərzində indiyədək 33 döyüş keçirib və onlardan 32-də qalib gəlib.

Joshua-ya qalib gəldikdən sonra Ruiz ilk meksikalı ağırçəkili dünya çempionu olub.

Andy Ruiz beş uşaq atasıdır və güman edildiyinə görə, New York-da ötən geçə qələbəsi ilə başa çatan döyüşdən sonra onun və ailəsinin maddi vəziyyəti xeyli yaxşılaşacaq.