Peşə məktəblərinə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Baxış sayı:
25759

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi bu gün başa çatır.

Təhsil Nazirliyindən bildirilib ki, bu günə olan statistik məlumatlara görə, 5 500-ə qədər namizəd sənəd qəbulunda iştirak edib. Dərzi, kompüter operatoru, xalçaçı, elektrik qaz qaynaqçısı, aşpaz ən çox müraciət olunan ixtisaslar arasında yer alır.

Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla bilərlər. Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılır. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılır.

Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulub.