​Perinçəkdən şok: Ankara və Dəməşq danışıqlar aparır

Baxış sayı:
7939

Yaxın vaxtda Türkiyə ilə Suriya arasında 6 görüş olub. Ən əhəmiyyətlisi də budur ki, Tehranda keçirilən bu görüşlər Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyinin tələbi ilə baş tutdu. Türkiyə mənbələrindən öyrəndik. Heç kimin bunu təkzib etmək ehtimalı yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək bildirib.
Perinçək görüşlərin Türkiyə ilə Suriya hökumətlərinin nümayəndələri arasında baş tutduğunu bəyan edib:
"Tehranda Türkiyə və Suriya hökumətinin nümayəndələri, bəlkə də iki ölkənin xüsusi xidmət rəhbərləri də görüşüb, kimlərin olduğunu bilmirik. Müzakirələr olub və davam edəcək. Hərbi əməkdaşlıq da mövcuddur".