Perinçəkdən ŞOK AÇIQLAMA: “PKK AĞ BAYRAQ QALDIRMAĞA HAZIRLAŞIR”

Doğu Perinçək, PKK-nın artıq yeyildiyini, Qəndildə ağ bayraq qaldırmağın müzakirə edildiyini deyib.
 
Vətən Partiyasının sədri Doğu Perinçək, "Görəcəksiniz, Qəndil ağ bayraq çəkəcək. Başqa bir çarələri yoxdur. TSK-nın gücü qarşısında, Türk polisinin qəhrəmancasına mübarizəsi, Türk millətinin parçalanmağı rədd edən, vətənin bütövlüyünə sahib çıxan, Türk və Kürd ayrı-seçkiliyi etmədən göstərdiyi bərabərliyi sayəsində PKK məğlub edilmişdir" deyə, fikir söyləyib.
 Perinçək keçirdiyi mətbuat konfransında Türk Silahlı Qüvvələrinin (TSK) bu gün Afrini mühasirə etdiyini və Qəndildə də artıq ağ bayraq qaldırmağın müzakirə edilməyə başlandığını deyib.
Perinçek, sözlərinə belə davam edib:
“Görəcəksiniz, Qəndil ağ bayraq qaldıracaq. Başqa bir çarələri yoxdur. TSK-nin gücü qarşısında, Türk polisinin qəhrəmancasına mübarizəsi, Türk millətinin ayrılmağı rədd edən, vətən bütövlüyünə sahib çıxan, Türk və Kürd ayrı-seçkiliyi etmədən göstərdiyi bərabərliyi sayəsində PKK məğlub edilmişdir və ağ bayraq qaldıracaqdır.
Buradan HDP və PKK sıralarında olan vətəndaşlara müraciət edirəm. Əlinizdəki o silahları atın. Qardaşınıza qarşı yönəltdiyiniz o silahları yerə atın. TSK-ya dərhal təslim olun. Oralarda həyatda qalmağınız mümkün deyil."
Müxalifət.az