Pepe Portuqaliyaya qayıdır

Baxış sayı:
2068

Portuqaliya millisinin müdafiəçisi Pepe ölkəsinə qayıdır. 

Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu "Porto"ya dönməyə hazırlaşır. "Real Madrid"in sabiq üzvü ilə danışıqlar artıq müsbət nəticələnib və ilkin razılıq əldə olunub. Ötən ay "Beşiktaş"la yollarını ayıran Pepe "Porto"ya azad agent kimi keçəcək. 

Qeyd edək ki, Pepe 2004-2007-ci illərdə "Porto"nun şərəfini qoruyub.