Pentaqonun planı mətbuata sızdı

Baxış sayı:
6496

 ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Avropa ölkələrinə təqdim etdiyi Əfqanıstan sülh planında Amerikan əsgərlərinin beş il ərzində ölkədən tamamilə çəkilməsinin nəzərdə tutulduğu iddia edilib.
 
Pentaqonun hazırladığı və Əfqanıstanda hakimiyyəti Taliban ilə Kabil hökuməti arasında bölüşdürməyi nəzərdə tutan sülh planının bəzi detalları “New York Times” qəzetinə sızıb.
“New York Times”-ın Amerikalı və Avropalı nümayəndələrə əsaslandırdığı xəbərində, sözügedən plan çərçivəsində ABŞ-ın gələcək aylarda Əfqanıstandakı 14 min civarında olan əsgərinin sayını yarıya salacağı irəli sürülür.
Əfqanıstandakı 8600 müttəfiq qoşunun NATO rəhbərliyindəki Əfqan ordusunu öyrətməyə davam etməsi nəzərdə tutulan planda, ölkədə qalan Amerikan əsgərlərinin isə yalnız terrorizmlə mübarizə əməliyyatlarında iştirak etməsi güman edilir.
Hələ Avropa ölkələri ilə müzakirə olunan plana görə, Amerika və beynəlxalq koalisiya əsgərlərinin hamısının 5 il ərzində Əfqanıstandan çəkilməsi planlaşdırılır.
Mövzu ilə bağlı Pentaqon sözçüsü Kone Folkner, "Bu barədə hələ alınmış bir qərar yoxdur" deyib.
Pentaqonun sülh planının ABŞ paytaxtı Vaşinqton və Avropada geniş bir təbəqə tərəfindən dəstəkləndiyi iddia edilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabr ayında Əfqanıstan, İraq və Suriyanı nəzərdə tutaraq ölkəsinin "nəhayətsiz müharibələrdən" çəkiləcəyini bildirmişdi.
Müxalifət.az