Pentaqonu çətinə salan sual

Baxış sayı:
9607

Terror təşkilatı YPG-ni qorumaq üçün 300 milyon dollar büdcə ayıran ABŞ, fondun sonrakı dövrlərdə nizamlanacağını açıqlayıb.
 
Pentaqon büdcəsinin detallarının açıqlanmasından sonra Müdafiə Nazirliyinin rəsmisi Elaine Mccusker ilə ABŞ Baş Qərargah rəsmisi general-polkovnik Entoni R. Lerardi birgə mətbuat konfransı keçirib.
Mccusker ona yönəldilən, “ABŞ Suriyadan çəkilərkən və İŞİD-ı bitmək ərəfəsində 2020 büdcəsinin Xaricdən Gətirilmiş Mümkün Əməliyyatlar fondundan Suriyada İŞİD ilə mübarizə çərçivəsində təlim və təhciz üçün 300 milyon dollar, sərhəd təhlükəsizliyi üçün isə 250 milyon dollar ayrılmışdır. Bunu nə ilə izah edə bilərsiniz" sualına bu cavabı verib: "Büdcədə gördüyünüz şey strategiyanın yenilənmiş parçasının bir əks olunmasıdır. Yəni İŞİD-ın məğlub edilməsində harada olduğumuzu və səylərimizin ikinci mərhələsi olan ortaqlıqlara və müttəfiqlərə təkid etməyə davam edəcəyik və onların o bölgədə əldə etdiyimiz nailiyyətlər baxımından həlledici rollarını əks etdirir".
 
BU FOND YENİDƏN TƏNZİMLƏNƏCƏK
 
General Lerardi isə eyni suala," Getdikcə bu da (fond) yenidən tənzimlənəcək. Bu büdcə planlaşdırıldığı zaman mövcud olan məlumatlara əsaslanaraq hazırlanıb. Hazırda büdcə tələbatının əhəmiyyətli bir hissəsinə düzəlişlər ediləcək" deyə fərqli bir cavab verib.
Rəsmilərdən biri Suriyada terror təşkilatı YPG-yə təmin edəcək dəstək fondunun yenilənmiş strategiya işığında hazırlandığını iddia edərkən, digər rəhbərliyinin büdcə hazırlıq mərhələsində mövcud məlumatlara əsaslanaraq hazırlandığını ifadə etməsi diqqət çəkib.
Müxalifət.az