​PENTAQON:“Suriyaya raket zərbəsi başa çatıb”

Baxış sayı:
1354

ABŞ müdafiə naziri Ceyms Mettis Suriyaya ilk raket zərbəsinin başa çatdığını bildirib.
Muxalifət.az strateq.az-a istinadən xəbər verir ki, Mettis zərbələrin birdəfəlik olduğunu deyib, əlavə hücum planlaşdırılmasa da, istisna olunmur.
Nazir dəqiqləşdirib ki, bu atəşə 2017-cu ildəkindən iki dəfə çox resurs cəlb edilib. Bu günki hücumun hədəfi kimyəvi silah işlənməsi və hazırlanması üzrə obyektlər seçilib.
O deyib: “Əsəd keçən il siqnalı qəbul etmədi. Bu gün müttəfiqlərimizlə daha güclü zərbə endirdik. Əsədə və ona tabe qatillərə siqnal verdik ki, daha bir kimyəvi hücum təşkil etməməlidirlər”.
Mettis əlavə edib ki, zərbələrin gedişində ABŞ itki verməyib.