Pentaqondan Türkiyə açıqlaması

Baxış sayı:
5272

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon, Ankara ilə Vaşinqtonun keçən iyunda üzərində razılaşdığı Menbiç yol xəritəsi əsasında Türk əsgərlərinin Menbiçin içinə daxil olmasının söz mövzusu olmadığını deyib.
 
Pahon, iki ölkənin hazırlıq apardığı birgə patrul xidmətinin şəhərin mərkəzində deyil, kənarında baş tutacağını qeyd edib. “Hürriyyət” qəzetinə açıqlama verən Pahon, Türkiyənin İdlib xalqını qorumaq üçün buraya Azad Suriya Ordusundan (ASO) 20 min döyüşçü göndərməyə hazırlaşdığı haqda xəbərləri də qiymətləndirib. Pentaqon sözçüsü, "Türkiyənin cənub sərhədində öz təhlükəsizlik qayğılarını aradan qaldırmaq üçün atacağı addımlara hörmətlə yanaşarıq” - deyib.
Müxalifət.az