Pentaqondan Trampı təkzib edən ŞOK açıqlama: “İŞİD yenidən canlanmağa başlayıb”

Baxış sayı:
157

Pentaqon terror təşkilatı İŞİD-in Suriya ərazisində yenidən canlandığı ilə bağlı açıqlama yayıb.
Pentaqon yetkililəri tərəfindən ABŞ Konqresi üçün hazırlanan hesabat bildirilir ki, amerikalı əsgərlər Suriyadan çıxmağa başladıqdan sonra təşkilat tərəfdarları ölkədə yenidən qruplaşmalar yaratmağa başlayıblar.
Hesabatda qeyd edilir ki, İŞİD Suriyadakı "paytaxtı" Raqqanı itirməsinə baxmayaraq, bu ölkədə və İraqda yerli güclərin zəifləməsindən faydalanıb. İŞİD-in İraqda ardıcıl güclü terror aktları planlaşdırdığı da sənəddə qeyd edilib.
"ABŞ hərbçilərinin çıxdığı ehtimal edilən bölgələrin izlənməsi və sabahkı müttəfiqlərinə hər hansı tövsiyyə, terror qruplaşmasının məskən saldığı yerlərin koordinatının verilməsi də çətinləşib", - deyə hesabatda bildirilib.
ABŞ prezidenti Donald Tramp isə daha öncə İŞİD-in tamamilə yenilgiyə uğradığını bildirmişdi. Prezident Tramp keçən ay bir toplantıda "İŞİD-ə qarşı möhtəşəm bir nəticə ortaya qoyduq. İŞİD-in işğal etdiyi torpaqların hamısını geri aldıq və sürətlə Suriya ərazisindən çıxırıq", - deyə vurğulamışdı.
İŞİD-ə qarşı aparılan mübarizə ən üst səviyyəyə çatdığı zaman Suriyada 3 min ABŞ əsgəri vardı. Bu an ölkə ərazisində nə qədər ABŞ əsgərinin qaldığı bilinmir.
Bundan başqa, ABŞ prezidentinin ötən ilin dekabr ayında amerikalı əsgərlərin Suriyadan çıxarılması qərarını verməsinin ardından həmin dönəmdə ABŞ-ın müdafiə naziri olan Ceyms Mattis vəzifəsindən istefa vermişdi. Tramp keçən ay verdiyi açıqlamada isə "Çox yaxında Suriyadan bütövlükdə çıxacağıq. Bununla da öz poblemləri ilə özləri məşğul olacaqlar. Suriya öz problemlərini İran, Rusiya, Türkiyə və İraq ilə birlikdə çözəcək. Biz onlardan 7 min mil uzaqlıqdayıq", - deyə bildirmişdi.
Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarına görə, 100 ölkədən 40 mindən çox insan Suriyaya gedərək, İŞİD terror qruplaşmasına qatılıb.
ABŞ-ın rəhbərliyi ilə qurulmuş Beynəlxalq İŞİD-lə Mübarizə Koalisiyasının açıqladığı rəqəmlərə görə, terror qruplaşmasının bir çox üzvü döyüşlərdə və ya bombardmanlarda öldürülüb. Onların yerdə qalan hissəsi isə həbs həyatı yaşayır.
Lakin koalisiya səlahiyyətliləri bu döyüşlərdə neçə əcnəbi hərbçinin öldüyü ilə bağlı rəqəmləri açıqlamaqdan boyun qaçırıblar./musavat.com