Pentaqondan SON Türkiyə qərarı: 4 gün sonra...

Baxış sayı:
8584

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması haqqında hələ də açıqlama verməyib.
Publika.az Pentaqon ötən həftənin cümə gününə nəzərdə tutulan mətbuat konfransını ikinci dəfə ləğv edib.

Bunu amerikalı jurnalist Paul Maklari tvitter hesabından açıqlayıb. O, məsələ ilə bağlı “İnanılmaz! Pentaqon proqramdakı S-400 və Türkiyə mövzulu mətbuat konfransını ikinci dəfə ləğv etdi. İşlər heç yaxşıya doğru getmir” sözlərini yazıb.
Qeyd edək ki, Pentaqon 16 iyul Türkiyə vaxtı ilə 00:00-da S-400-ün tədarükü ilə bağlı mətbuat konfransı keçiriləcəyini və açıqlamalar veriləcəyini bildirmişdi.
Xatırladaq ki, S-400-lərin tədarük prosesi 12 iyuldan başlayıb.