Pentaqondan S-400 və F-35 açıqlaması

Baxış sayı:
8551

ABŞ Müdafiə naziri vəkili Partick Şanahan sabah Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla Türkiyə ilə ABŞ arasındakı S-400 böhranı mövzusunda bir görüş keçirəcəyini açıqlayıb. Şanahan "F-35 təlimləri mövzusunda bəzi fəaliyyətləri dayandırdıq. Baxım fəaliyyətlərindən hər hansı birini hələlik təxirə salmadıq" deyib. Akara göndərdiyi və Türkiyənin F-35 döyüş təyyarəsi proqramında iştirakla bağlı qiymətləndirmələri ehtiva edən məktuba cavab alıb almadığı soruşulan Şanahan, "Bu mövzunun artıq həftəlik olaraq aktuallaşdırdığımız bir mövzu halına gəldiyini düşünürəm. Sabah nazir Akarla irəliləmə mövzusunda bir-birimizi məlumatlandıracağımız bir telefon danışığı aparacağıq. Təlimlər mövzusunda bəzi fəaliyyətləri dayandırdıq. Baxım fəaliyyətlərindən hər hansı birini hələlik təxirə salmadıq. Sabah nə növ bir irəliləmə qeyd etdiyimiz mövzusunda fikir mübadiləsində olacağımıza ümid edirəm. Bu anda ifadə edəcəklərim bunlardır" deyib. Müxalifət.az