​Pentaqondan Rusiyaya İTTİHAM: “Cinayətləri ört-basdır edirlər”

Baxış sayı:
4138

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın Dəməşqə “S-300” raketdən müdafiə sistemləri verməsini qınayaraq, Moskvanı İran və Suriyanın cinayətkar davranışlarını ört-basdır etməkdə günahlandırıb.
Bu barədə CNN telekanalı Pentaqonun rəsmisi Rayan Brauna istinadən məlumat yayıb. Braunun sözlərinə görə, Rusiyanın bu addımı məsuliyyətsizlikdir. 
“”S-300”hava hücumundan müdafiə sistemlərinin Suriyaya verilməsi açıq-aydın məsuliyyətsizlikdir və Moskvanın İran və Suriyadakı tərəfdaşlarının cinayətkar hərəkətlərini daha da ört-basdır etmək məqsədi daşıyır”, – deyə Braun vurğulayıb. 
Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo isə bəyan etmişdi ki, “S-300” sistemlərinin Suriyaya verilməsi Yaxın Şərqdə sabitliyə qarşı yönələn təhdidləri artıracaq.