Pentaqondan qalmaqal “Türkiyə” açıqlaması

Baxış sayı:
6529

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Çarles Summers Türkiyənin Rusiyadan S-400 havadan müdafiə etmə sistemləri almasının iki ölkənin hərbi əlaqələri baxımından ağır nəticələri olacağını bildirib.
 
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Çarles Summers bu fikri Pentaqonda təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyənin Rusiyadan S-400 havadan müdafiə etmə sistemləri alması ilə bağlı suala cavab verən Summers, "Türkiyə S-400 alsa, bunun hərbi əlaqələrimiz baxımından ağır nəticələri olacaq. F-35 və Patriotları almaları söz mövzusu olmayacaq" deyə bildirib.
Bir jurnalistin "NATO müttəfiqimiz üçün ağır nəticələrə səbəb olacaq deməklə, nə demək istəyirsiniz " sualına, əvvəlki sözlərini təkrarlayan "F-35 və Patriot raketlərini ala bilməyəcək, bunu nəzərdə tuturam" deyə cavab verib.
Bu fikirlərə münasibət bildirən Türkiyənin milli müdafiə naziri Hulusi Akar, "Burada etdiyimiz işin, digər tərəfdən bir ortaqlıq çərçivəsində hazırlanıb, ortaqlıq çərçivəsində istehsalına başlanılan və bu anda pilotlarımız təhsil almaq üçün Amerikada fəaliyyətlərini davam etdirərkən texniki işçilərimiz, zabitlərimiz orada təhsillərini davam etdirərkən, 'Biz sizə F-35-i verməyə bilərik' deyilməsi heç bir əndazəyə sığmır və qanuna uyğun deyil" deyə bildirib.
Müxalifət.az