Pentaqondan açıqlama: SURİYADAN ÇƏKİLMƏYƏCƏYİK, ƏKSİNƏ..

Baxış sayı:
2830

ABŞ-ın müdafiə naziri Cim Mattis, Amerikan əsgərlərinin Suriyadan bu mərhələdə geri çəkilməsinin söz mövzusu olmadığını bildirərək, “İŞİD ilə mübarizəmiz davam edir. Bu mübarizəni, regiondan daha çox dəstək gətirərək genişləndirəcəyik” - deyib.
 
Nazir Mattis, ABŞ Senatının Silahlı Xidmətlər Komitəsində iştirak etdiyi sessiyada, ABŞ-ın Suriyadakı siyasətinə dair bəyanatlar verib.
 
“ÇƏKİLMƏYƏCƏYİK, MÜHARİBƏNİ DAHA DA GENİŞLƏNDİRƏCƏYİK”
 
ABŞ-ın Suriyadan çəkilmə mövzusundakı münasibətinin nə olduğu Mattisə sorulub, o isə, “Suriyadan hazırda çəkilmirik. İŞİD ilə mübarizəmiz davam edir. Bu mübarizəni, regiondan daha çox dəstək gətirərək genişləndirəcəyik" deyə, cavab verib.
İŞİD ilə mübarizəyə dəstək verən 70-dən artıq koalisiya ortağı olduğunu qeyd edən Mattis, İŞİD-ı regiondan tamamilə təmizləyənə qədər sözügedən mübarizənin davam edəcəyini vurğulayıb.
 
YAXIN GÜNLƏRDƏ ORTA FƏRAT VADİSİNDƏ BİZİ GÖRƏCƏKSİNİZ
 
 “Yaxın günlərdə Orta Fərat Vadisinə doğru gücləndirilmiş (hərbi) səylərimizi görəcəksiniz” deyən Mattis, Suriya-İraq sərhədinin İraq tərəfində də əməliyyatların artırılacağını deyib.
 
FRANSIZ XÜSUSİ QÜVVƏLƏRİ DƏ BİZƏ DƏSTƏK VERİR
 
Mattis, həmçinin son 2 həftədə Fransız xüsusi qüvvələrinin Amerikan qoşunlarına verdiyi dəstəyi də dilə gətirib.
 
TRAMP "ƏN QISA MÜDDƏTDƏ ÇƏKİLMƏK İSTƏYİRİK" DEMİŞDİ
 
ABŞ prezidenti Donald Tramp, daha əvvəlki çıxışlarında İŞİD-a qarşı apardıqları mübarizədə sona gəldiklərini və Amerikan əsgərlərinin ən qısa müddət ərzində ölkəyə qayıtmasını istədiklərini ifadə etmişdi.
Pentaqon isə Suriyada İŞİD ilə mübarizənin hələ də davam etdiyini və İrana qarşı görülməsi vacib olan tədbirlərin olduğunu əsas göstərərək bu ölkədə hələ uzun müddət qalması lazım olduğunu bəyan etmişdi.
Tramp, Fransa prezidenti Emmanuel Makron ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında da Amerikan əsgərlərinin Suriyadan ölkələrinə qayıtmasını istədiyini, ancaq İranın İŞİD-ın məğlub edilməsi ilə boşalan sahədə təsirinin olmasını da istəmədiyini qeyd etmişdi.
Müxalifət.az