Pentaqonda qalmaqal: 2.1 milyard yox olub..

Baxış sayı:
18169

ABŞ-da yüksək maya dəyəri ilə gündəmə gələn "F-35 Lightening II" beşinci nəsil döyüş təyyarəsi proqramı bu dəfə də "kölgə xərc" iddiası ilə mübahisəyə səbəb olub.
 
Hesabatda, Təftiş Kabinetinin müdafiə nəhəngi Lockheed Martinin F-35-in detallarına xərclədiyini qeyd etdiyi 2,1 milyard dolların yalnız 3,4 milyon dollarının qeydiyyatının Pentaqonda olduğu, qalan məbləğlə bağlı başqa hər hansı bir qeydiyyat tutulmadığı bildirilib.
 
PENTAQONA "2.1 MİLYARD DOLLARIN QALANI HARADADIR" SUALI
 
 Pentaqonun dövlət mallarını düzgün idarə olunmadığı, müqavilələri düzgün tender edə və bu barədə digər əlaqədar qurumlarla koordinasiya qurmadığı vurğulanan hesabatda, bu ifadələrə yer verilib:
“Nəticə olaraq Müdafiə Nazirliyi F-35-in həqiqi dəyərini tam olaraq bilmir və nazirlikdə F-35 proqramı üçün 2,1 milyard dollarlıq dövlət mülkiyyətinin uyğun şəkildə qiymətləndirildiyini müstəqil olaraq təsdiq edən bir sənəd göstərmir. Doğru qeydlər olmadan F-35 proqram rəsmilərinin mülkiyyətin dəyərinə dair görüşü və dövlət mallarını necə istifadə etdiyinə yönəlik hesab soruşmaq üçün bir meyar olmur".
Maya dəyəri 100 milyon dolları keçən F-35 təyyarəsinin texniki baxım və detal xərcinin də yüksəkliyindən şikayət edilir.
Türkiyənin də aralarında olduğu 9 ölkə F-35 təyyarənin inkişaf etdirilməsinə və istehsalına təkan verir.
Müxalifət.az