Pentaqona “Türkiyə” hesabatı: ‘YPG-ni buraxın, Türkiyə olmadan...'

Baxış sayı:
7942

Beynəlxalq terror araşdırma mərkəzi “Study of War” Pentaqona təqdim etdiyi əhatəli hesabatda, keçmişə nisbətdə daha güclü olan İŞİD-a qarşı terror təşkilatı YPG deyil, Türkiyənin dəstəyinin əsas şərt olduğunu vurğulayıb.
 
Mərkəzi Vaşinqtonda olan Müharibə Araşdırmaları İnstitutunun (Study of War) 1 illik detallı araşdırması "İŞİD-ın İkinci Geri Dönüşü" başlığıyla dərc olunub. 76 səhifəlik hesabatda, terror təşkilatının İraqda 11, Suriyada 3 nöqtədə yenidən qruplaşmaya başladığı ifadə edilib.  Hesabatda, İŞİD-ın yeraltı tunelləri, mərkəzi güclərin təsirsiz olduğu, ya da xaos içindəki bölgələr ilə Ramadi, Felluce və Mosulda yenidən təşkilatlandığı ifadə edilib. Hesabatda, təşkilatın Suriyadan Filippinə qədər uzanan sahədə 400 milyon dollardan artıq bir gəlirə sahib olduğu ifadə edilib. Hesabatda, ən təəccüblü hissə isə İŞİD-ın Türkiyənin dəstəyi olmadan təmizlənə bilməyəcəyinə edilən vurğu olub. Hesabatda, ABŞ-ın uzun vədəli bir mübarizə ortaya qoymadığı təqdirdə, İŞİD-ın önümüzdəki bir neçə ay içində əvvəlkindən daha komplekt, maddi və silah təchizatı olaraq güclü, dağıdıcı və sürətli ortaya çıxacağı xəbərdarlığı edilib. Hesabatda, ABŞ Müdafiə Nazirliyinə bu məsələdə Türkiyənin çox əhəmiyyətli ola biləcəyi vurğusu edilib.
 
Türkiyə qəzəbləndirilməməlidir
 
İŞİD-la mübarizədə Türkiyənin təpkisini almaqdan qaçınılması, hətta dəstəyinin alınması üçün ABŞ-ın PYD/YPG-ni buraxması lazım olduğunu, YPG/PYD-nin ABŞ-ın havadan dəstəyi olmadan tək çətir altında qala bilməsinin mümkün olmadığını dilə gətirən hesabatda, Türkiyənin qəzəbləndirilməməsi lazım olduğu qeyd edilib. ABŞ-ın bölgədən çəkilməsindən sonra əvvəlkindən daha mərkəzi bir planlaşdırma ilə hazırlanan YPG-nin bombalı avtomobilləri intensiv istifadə etməyə başladığı, Avropaya da yeni terror hücumları planladıqları hesabatda yer alıb.
 
PYD ilə döyüşmürlər
 
Hesabatda, İŞİD-ın hal hazırda ABŞ tərəfindən dəstəklənilən YPG/PYD kimi ünsürlərlə toqquşmadığı, ancaq bir neçə ay içində çox dağıdıcı və ani bir hücum planladığına vurğu edilib. Terror təşkilatı İŞİD-ın hal hazırda İraqda və Suriyada hökumətə bağlı güclərlə önümüzdəki aylarda Fərat Vadisindəki itirdikləri yerləri geri almaq üçün çox sürətli və şiddətli bir qarşıdurma başladacaqları ifadə edilib.
Müxalifət.az