Pentaqon və Ağ ev arasında Türkiyə ayrılığı

Baxış sayı:
3076

Siyasi təhlilçi Sərdar Sement, Türkiyə ilə ABŞ gərginliyinin mümkün nəticələrinə yönəlik dəyərləndirmə edib. "ABŞ, Türkiyəni itirərsə, yüksək bədəl ödəyəcək", - deyən Sement, ABŞ-ın Türkiyəni mütləq yanına almasının lazım olduğunu söyləyib.
 
ABŞ-ın müdafiə xərclərinin artacağını və Türkiyənin hərbi, sənaye dəyişikliyi edəcəyini deyən Sement, "Amerika, Türkiyə ilə gərginliyi davam etdirdiyi təqdirdə itirən tərəf olacaq. ABŞ regiondakı mövcudluğunu itirəcək, Rusiya-Türkiyə alyansı genişlənəcək və Suriya iqtisadiyatının qurulmasında Türkiyə söz sahibi olacaq" deyib. Sement, "Amerika-Türkiyə çəkişməsinin qlobal bədəli çox yüksəkdir. ABŞ Türkiyəni itirərsə, yüksək bədəl ödəyəcək. Məruz qaldığı müdafiə xərc basqısı artacaq. Müdafiə xərci də itkiyə səbəb olacaq. Bu əks olunma inkişaf rəqəmlərini salacaq. Yeni hərbi sistemdə ABŞ, müdafiə xərclərinin artmaması üçün Türkiyəni yanına almaq məcburiyyətindədir. Konqres müdafiə xərclərini təsdiq edərkən, Pentaqon, Rusiya və Çin ilə əlaqədar olaraq bu xərclərə qarşı çıxır. ABŞ kimi ölkələrdə müdafiə xərcləri makro iqtisadi tarazlıqları ciddi sarsıdır və gerilədir" deyə, söyləyib.
Müxalifət.az