Pentaqon S-400 məsələsində Trampa qarşı çıxdı

Baxış sayı:
5644

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin S-400-lər mövzusunda ortaq işçi qrupu təklifinə qarşı olduqlarını açıqlayıb.
 
S-400-lərin Türkiyəyə təhvil verilməsi mövzusunda tarix yaxınlaşıb. Artıq Rus heyətin təlim üçün Türkiyəyə gəlməsinə qısa bir zaman qalmışkən, ABŞ-ın bu mövzudakı əks mövqeyi hələ də davam edir.
Türkiyənin etidallı davranışına baxmayaraq S-400-lər mövzusunda mənfi fikirini davam etdirən ABŞ-dan ortaq işçi qrupu üçün də “yox” cavabı gəlib.
 
PENTAQON ORTAQ QRUPA QARŞIDIR
 
Pentaqondan edilən yazılı açıqlamada, S-400-lər mövzusunda Türkiyə ilə ortaq bir işçi qrupu qurulması təklifinə qarşı olunduğu ifadə edilərkən, bu işçi qrupunun S-400-lərlə əlaqədar narahatlıqları azaltmayacağı bildirilib.
S-400-lərin F-35 kimi təyyarələri məhv etmək üçün çıxarıldığını ifadə edən Pentaqon, bu mövzuda hələ də mənfi fikirdə olduqlarını ifadə edib.
 
AĞ EVƏ BAXMAYARAQ
 
Ağ Evin ortaq işçi qrupu üçün müsbət bəyanat verdiyi bildirilirkən, üstəlik, ABŞ Müdafiə Nazirliyinin Trampın da bu məsələyə müsbət yanaşmasına baxmayaraq bu fikirdə olduğu diqqət çəkir.
Müxalifət.az