​Pentaqon Rusiyanı rüsvay etdi: Görüntüləri təqdim etmişik

Baxış sayı:
3979

Rusiya Baş Qərargahının Suriyadakı Baş Operativ İdarəsinin general-polkovniki Sergey Rudskoyun əməliyyatlarımızla bağlı açıqlamasını sadə şəkildə təkzib etmək olar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Erik Paon deyib.
“Dəməşqə endirilən 105 raketdən 32-nin hədəfə çatması ilə bağlı general Rudskoyun açıqlaması yanlışdır. Biz raketlərin atış hədəfi ilə bağlı açıq şəkildə görüntülər təqdim etmişik. Suriyada Rusiyaya məxsus raketdən müdafiə sistemlərinin yerləşdirildiyini nəzərə alsaq, fikrimcə, əməliyyatın nəticələri tamamilə ciddi idi”, - deyə Paon bildirib.