Pentaqon rəhbərinin Ukraynaya səfəri başlayır

ABŞ-ın müdafiə naziri Ceyms Mettisin bu gün Ukraynaya səfəri başlayır. “RİA Novosti”nin verdiyi xəbərə görə,  amerikalı nazir səfəri ilə Vaşinqtonun Kiyevlə strateji tərəfdaşlığa sadiqliyini nümayiş etdirməkdir.   
Səfərin əsas proqramının avqustun 24-də - Ukraynanın Müstəqillik Günündə başlanacağı  nəzərdə tutulub.  Səfər çərçivəsində Pyotr Poroşenko və müdafiə naziri Stepan Öpyotakla danışıqlar planlaşdırılıb.
Ceyms Mettis həmçinin bayramla əlaqədar paradda da iştirak edəcək(apa).