Pentaqon rəhbərinin Ukrayna səfərinin fövqəladə əhəmiyyəti var - Poroşenko

Pentaqon rəhbəri Ceyms Mettisin səfəri zamanı aparılacaq danışıqlar Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün fövqəladə əhəmiyyət daşıyır.
 
Bu sözləri Ukrayna Prezidenti Petro Poroşenko ABŞ Müdafiə naziri Ceyms Mettisin səfəri ilə bağlı deyib.
Ceyms Mettis 23-24 avqust tarixlərində Kiyevdə olacaq. O, Ukraynanın müstəqilliyinin 26-cı ildönümündə iştirak edəcək.
Petro Poroşenko ABŞ Müdafiə nazirinin məhz bu ərəfədə Kiyevə gəlişinin simvolik məna daşıdığını vurğulayıb. O, Mettisi ölkəsinin böyük dostu adlandırıb.
Bir müddət əvvəl ABŞ-ın Ukraynaya tank əleyhinə raket və başqa silah satışına dair plan hazırladığı barədə məlumatlar yayılmışdı.