Pentaqon rəhbərindən şok açıqlama: İRAN İSRAİLİ VURACAQ!

Baxış sayı:
3274

ABŞ ilə İsrail arasındakı hərbi əlaqələrin də heç olmadığı qədər güclü olduğunu bildirən Pentaqon rəhbəri Mattis, iki ölkə əməkdaşlığının İrana qarşı Yaxın Şərqdə təhlükəsizlik və sabitliyi təmin edəcəyini irəli sürüb.
 
ABŞ-ın müdafiə naziri Cim Mattis, İsrail müdafiə naziri Aviqdor Liberman ilə Müdafiə Nazirliyində (Pentaqon) bir araya gəlib.
ABŞ ilə İsrail arasındakı əməkdaşlıq və regional məsələlərin müzakirə olunduğu bildirilib və görüş ərəfəsində iki nazir, mətbuat nümayəndələrinə açıqlamalar verib.
Açıqlamasında, ABŞ ilə İsrail arasındakı əlaqənin gücünü qeyd edən Mattis, "Prezident (Ronald) Reyqanın 1982-ci ildə dediyi kimi, ABŞ, İsrail dövlətinə olan bağlılığından heç vaxt əl çəkmədi və bu bağlılıq hələ də sarsılmazdır" deyib.
ABŞ ilə İsrail arasındakı hərbi əlaqələrin də heç olmadığı qədər güclü olduğunu bildirən Mattis, iki ölkə əməkdaşlığının İrana qarşı Yaxın Şərqdə təhlükəsizlik və sabitliyi təmin edəcəyini irəli sürüb.
Bir jurnalistin "İsrailin İranın Suriyaya silah transfer etməsinin məqsədinin İsraili vurmaq olduğuna dair dəyərləndirməsini necə qəbul edirsiniz" sualına Mattis, "Hazırda İranın bundan başqa bir məqsədini təsəvvür edə bilmirəm" cavabını verib.
Mattis, ABŞ-ın İranla nüvə müqaviləsindən çəkilib, çəkilməyəcəyi ilə bağl suala isə, bu barədə hələ qərar verilmədiyini deyərək cavab verib.
Amerikalı nazir, Rusiyanın Suriya rejiminə S-300 hava müdafiə sistemi verəcəyi iddiasına dair, "Suriyada müharibəni davam etdirmək üçün edilən hər şey bir faciədir" deyə, cavab verib.
Cenevrə prosesini müdafiə etmələri və bununla diplomatik həlli təmin etmələrinin lazım olduğuna diqqəti çəkən Mattis, "(BMT-nin Suriya Üzrə Xüsusi Nümayəndəsi) Staffan də Mistura bunun üçün çalışır və Rusiya da daha sabit Yaxın Şərq istəyirsə ona kömək etməlidir" deyə, söyləyib.
Müxalifət.az