Pentaqon rəhbəri Türkiyəyə gedəcək

ABŞ-ın Müdafiə naziri Ceyms Mettis yaxın günlərdə Türkiyəyə səfər edəcək.
 
Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın bildirib.
Ancaq səfərin dəqiq tarixi açıqlanmayıb.
İ.Kalın bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 21-də İordaniayay səfər edəcək. Onun sözlərinə görə, səfər zamanı Suriya, İraq və Fələstinlə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir./axar.az