​Pentaqon rəhbəri: BU, TÜRKİYƏNİN HAQQIDIR

Türkiyənin S-400 zenit-raket komplekslərini əldə etməsi Ankaranın suveren hüququdur.
Muxalifət.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis danışıb.
 “Bu, Türkiyənin suveren qərarıdır. Doğrudur, NATO silahları ilə uyğunluq təşkil etməyəcəyi aydın məsələdir. Əgər onlar belə hərəkət etmək istəsələr, bu məqamı nəzərdən keçirməli olacaqlar”, - Mettis deyib.
Qeyd edək ki, Türkiyənin Rusiya ilə bağladığı S-400 Triumf zenit raket kompleksi təchizatına dair müqavilənin məbləği 2 milyard dollardan çoxdur.