Pentaqon rəhbəri: ABŞ-a QARŞI İSTƏNİLƏN HÜCUM...
28-10-2017 11:26

Vaşinqton heç vaxt Şimali Koreyanın nüvə statusunu qəbul etməyəcək.
Bu barədə ABŞ Müdafiə naziri Ceyms Mettis danışıb.
Pentaqon rəhbərinin sözlərinə görə, nüvə-raket sınaqları Pxenyanın təhlükəsizliyini gücləndirməyə deyil, əksinə onu sarsıtmağa xidmət edir.
“ABŞ heç vaxt nüvə silahına malik olan bir Şimali Koreyanı qəbul etməyəcək. Şimali Koreyanın nüvə bombaları və qitələrarası ballistik raket hazırlamaq prosesi onun təhlükəsizliyini azaldır. ABŞ və ya müttəfiqlərimizə qarşı hər hansı bir hücum uğursuzluğa məhkumdur”, - Mettis bildirib.
Qeyd edək ki, Pxenyan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq nüvə-raket sınaqlarını davam etdirir.