Pentaqon NATO büdcəsinin artırılma səbəbini açıqladı

NATO ölkələri Rusiyanın yaxın gələcəkdə tərəfdaş olmayacağını etiraf edərək hərbi büdcələrini artırırlar.
 
 “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bildirib. 
 “NATO büdcəsinin bir neçə il ərzində artırılması onu göstərir ki, Alyans ölkələri Rusiyanın yaxın gələcəkdə tərəfdaş ola biləcəyinə artıq inanmır”, - deyə C.Mettis qeyd edib.