​Pentaqon İranın Hörmüz boğazındakı təlimlərinə münasibət bildirib

Baxış sayı:
3880

ABŞ İranın Hörmüz boğazında hərbi təlimlər keçirməsinə münasibət bildirib. 
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, Pentaqonun mətbuat xidmətinin əməkdaşı Rebekka Rebarix ölkəsinin bu barədə məlumatlı olduğunu bildirib.
O həmçinin deyib ki, ABŞ gəmilərin beynəlxalq dəniz yolları ilə sərbəst hərəkətini təmin etməkdə davam edəcək. 
Qeyd edək ki, bu gün İran hərbi-dəniz qüvvələri Hörmüz boğazı akvatoriyasında hərbi təlimlərə başlayıb. Körfəz ölkələrinin neft daşımalarının əksəriyyəti buradan keçir.