Pentaqon hipersəs raketlərindən müdafiə sisteminin prototipini hazırlamaq üçün 4 şirkətlə müqavilə imzalayıb

Baxış sayı:
3229

ABŞ Raketdən Müdafiə Agentliyi hipersəs raketlərindən erkən xəbərdarlıq və aşkarlama sisteminin prototipini hazırlamaq üçün dörd şirkətlə razılaşıb.
Muxalifet.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkətlərlə ümumi dəyəri 20 milyon dollar olan müqavilə imzalayıb.

Məlumata görə, “Northrop Grumman”, “Raytheon”, “Harris Corporation” və “Leidos” şirkətləri hipersəs və ballistik raketləri izləmək üçün sensorun protoripini hazırlayacaqlar.
Muxalifet.az