Pensiyaçıların DİQQƏTİNƏ - Fırıldaqçılar yeni üsula əl atıblar / VİDEO

Baxış sayı:
499

Fırıldaqçılar yeni üsula əl atıblar. Vətəndaşlara zəng edərək "Pensiyanız artıb. Artan məbləği balansınıza yükləmək üçün şəxsiyyət vəsiqəsi və kart məlumatlarınızı bizə göndərin" deyiblər. 

Muxalifet.az Xəzər TV-yə istinadla xəbər verir ki, belə bir hadisə paytaxt sakini Validə Əşrəfovanın başına gəlib.

Fırıldaqçılar yaşlı qadının pensiya kartından pul çəkmək isyətiyiblər. Yaşlı qadının qızının ayıqlığı bu cəhdin qarşısını alıb.

Hadisə Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini Validə Əşrəfovanın anasının başına gəlib. Validə Əşrəfova deyir ki, dünən tanımaqdıqları nömrədən ev telefonlarına zəng gəlib.

Bildirilib ki, pensiyalar 40 manat artıb. Artan məbləği karta yükləmək üçün yaşlı qadından lazımi məlumatları tələb ediblər.

Validə Əşrəfova bununla bağlı Dövlət Sosial Müdafiə fonduna zəng edib. Bildirilib ki, artımla bağlı heç bir vətəndaşın evinə zəng edilmir.

Biz də həmin şəxsin mobil nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticəsiz qaldı.

Artıq Validə Əşrəfova məsələ ilə bağlı Suraxanı rayon 31-ci polis bölməsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.