Pensiyaçılara ŞAD XƏBƏR: təqaüdləri 38 faiz artacaq

Baxış sayı:
5843

"2019-cu ildə 45 500 insanın pensiyası 35 faiz artacaq".
Muxalifet.az-ın "Report"a istinadən xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48% artacaq: "Pensiya təyinatının avtomatlaşdırılması hər il 67 min pensiya alan şəxsin həyatını yüngülləşdirəcək. Artıq pensiyaların təyin olunması avtomatik qaydada aparılacaq, vətəndaşlarımızın Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə getmələrinə ehtiyac qalmayacaq".