​Pensiya yaşını keçən YÜKSƏK VƏZİFƏLİ MƏMURLAR - SİYAHI

Baxış sayı:
13288

Aprelin 19-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 81 yaşı tamam oldu.
Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, PA rəhbərinin növbəti ad günü yaşlı məmurlarla bağlı məsələni yenidən gündəmə gətirdi. Uzun illər Azərbaycanda Gənclər siyasəti və proqramlarının mövcud olmasına baxmayaraq, hökumətin yuxarı təbəqəsində hələ də yaşlıların üstünlük təşkil etməsi danılmaz reallıqdır. 
Ölkədə rəsmi pensiya yaşı 65 müəyyən olunub. Bir sıra sahələrdə bu tələb günbəgün olaraq yerinə yetirilir. Yəni 65 yaşı tamam olan şəxs vəzifəsindən dərhal azad olunur. Amma təbii ki, bu yüksək vəzifəli şəxslərə aid deyil.
Bəs hökumətdə pensiya yaşı tamam olanlar kimlərdir? Onların siyahısını təqdim edirik:
Baş Nazir Novruz Məmmədov - 1947-ci il təvəllüd, 72 yaş
Baş nazirin birinci müavini Yaqub Eyyubov - 1945-ci il təvəllüd, 74 yaş
Baş nazirinin müavini Əli Əhmədov – 1953 təvəllüd, 66 yaş
Baş nazirinin müavini Əli Həsənov – 1948 təvəllüd, 71 yaş
Baş nazirinin müavini Hacıbala Abutalıbov– 1944 təvəllüd, 75 yaş
Daxili işlər naziri Ramil Usubov – 1948 təvəllüd, 71 yaş
Səhiyyə naziri  Oqtay Şirəliyev – 1950 təvəllüd, 69 yaş
Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə - 1939 təvəllüd, 80 yaş
Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov – 1945 təvəllüd, 74 yaş
Prezidentin İşlər müdiri Oqtay Şahbazov – 1941 təvəllüd, 78 yaş.
Həmçinin, aşağıdakı vəzifəli şəxslərin də yaxın vaxtlarda pensiya yaşları tamam olacaq. Beləliklə, +60-lar:
Ədliyyə naziri  Fikrət Məmmədov – 1955 təvəllüd, 64 yaş
Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev -1955 təvəllüd, 64 yaş
Mədəniyyət naziri  Əbülfəs Qarayev – 1956 təvəllüd, 63 yaş
Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov – 1956 təvəllüd, 63 yaş
Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev – 1957 təvəllüd, 62 yaş

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov -1957 təvəllüd, 62 yaş.