Pelosidən Trampa tövsiyə: Hesabatı təxirə sal

Baxış sayı:
21346

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampa hökumətin qismən bağlı qalmağa davam etdiyi bir vaxt ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsini təxirə salmasını, ya da onu yazılı şəkildə təqdim etməsini tövsiyə edib. Demokratların nəzarətində olan Nümayəndələr Palatasının lideri olan Pelosi Konqresdə yanvarın 29-da planlaşdırılmış çıxışla əlaqədar lazım olan təhlükəsizlik tədbirlərini qeyd edib. Trampa göndərdiyi məktubda Pelosi Trampın özü və ailəsini mühafizə edən ABŞ-ın Gizli Xidmət orqanı və Daxili Təhlükəsizlik Nazirliyinin hökumətin qismən bağlı olduğu zaman maliyyələşdirilmədiyini vurğulayıb. Trampın mühafizəçiləri bu müddətdə maaş almadan işləyir ABŞ hökuməti artıq 26-cı gündür qismən bağlı olaraq qalır. Bu, Amerika tarixində hökumətin bağlı qaldığı ən uzun müddətdir. Prezident Tramp qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün ABŞ-Meksika sərhədində divarın inşası məqsədilə büdcəyə 5 milyard dollar məbləğində vəsaitin daxil edilmədiyi təqdirdə büdcə planını təsdiq etməkdən imtina edir. Konqresdəki demokratlar iisə prezidentin tələbini rədd edərək, bunun qeyri-effektiv olacağını və baha başa gələcəyini bildirir. Pelosi ABŞ-Meksika sərhədində divarın inşasının vergi ödəyənlərin hesabına maliyyələşdirilməsinin qəti əleyhdarıdır. Birləşmiş Ştatlar hökumətinin qismən bağlanması nəticəsində yüz minlərlə federal hökümət işçisi hələ də işləmir, bir neçə yüz min digər işçi isə işləsə də, maaşlarını almır.