Pekində müəmmalı yanğın: 19 ölü, 8 yaralı

Çinin paytaxtı Pekinin cənubundakı rayonda yaşayış binalarının birində yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, yanğın nəticəsində 19 nəfər ölüb, 8 nəfər yaralanıb.
Yanğının hansı səbəbdən baş verdiyi məlum olmasa da, Pekin polisinin məlumatına görə, artıq bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.
Yanğının söndürülməsi 3 saatdan çox çəkib.