Pedofil-milyarder təcridxanada intihar etdi - BAŞ PROKUROR ŞOKA DÜŞÜB...

Baxış sayı:
405

Amerikalı milyarder-maliyyəçi, ötən ay yetkinlik yaşına çatmayanlara qarşı seksual cinayətlər ittihamı ilə həbs olunan Ceffri Epşteyn Nyu-Yorkun Manhetten istintaq təcridxanasında intihar edib.

Virtualaz.org xəbər verir ki, bu haqda “The New York Times” ədliyyə mənbələrinə istinadən yazıb. Məlumatı daha sonra təcridxana rəhbərliyi təsdiqləyib.

Ötən ay Manhetten federal prokurorları 66 yaşlı Epşeteyni 14 yaşlı qızların seksual istismarında ittiham etmişdi. Milyarder hələ on il əvvəl yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etməkdə ittiham olunmuşdu və 13 ay həbs cəzası almışdı. O vaxt istintaqla sövdələşməyə gedən Epşteyn qurbanlara kompensasiya ödəmişdi və xüsusi reyestrdə seksual cinayətkar kimi qeydiyyatdan keçməyə razı olmuşdu.

Lakin ötən on il ərzində istintaq hələ də Epşteyn tərəfindən törədilmiş cinayətlərin detallarını aydınlaşdırırdı. Bundan əlavə milyarderlə sövdələşmə həddən artıq yumşaq hesab edilərək ciddi tənqid olunurdu. Epşteyn ətrafındakı hadisələr fonunda bu ilin iyul ayında ABŞ-ın əmək naziri, 2007-ci ildə milyarderə qarşı işi aparan prokuror Aleksandr Akosta istefa verməli oldu.

Seksual caninin, pedofil milyarderin həbsxanada intihar etməsinə dair təfərrüatlar məlum deyil. Baş prokuror Uilyam Barr xüsusi bəyanatla çıxış edərək eşitdiyi xəbərdən şoka düşdüyünü bildirib.

“Mən Epşeteynin avqustun 10-da səhər saatlarında saxlanıldığı təcridxanada ölü tapılması haqda xəbəri eşidib sarsıldım. Bu hadisə ciddi suallar doğurur və həmin suallara cavab verilməlidir”,-baş prokuror deyib.

Bildirilir ki, Epşteyn intihara meylli şəxs kimi həbsxana administrasiyasının xüsusi nəzarətində olmayıb. Çünki onun intihara meyl etdiyi barədə əlamətlər müşahidə edilməyib. Lakin iyul ayında Epşteyn kamerada boynunda göyərtilərlə huşsuz tapılmışdı.

İstintaq materiallarına əsasən milyarder öz cinayətlərini 2002-2005-ci illərdə törədib. Onun qurbanlarının yaşı 14-dən çox olmayıb.