Paytaxtı su basdı, Türkmənistanın müdafiə nazirinə şiddətli töhmət verildi

Baxış sayı:
395

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabad şəhərini güclü yağışdan sonra su basdığından Müdafiə Nazirliyini güclü tənqid edib.
 

Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, müdafiə naziri Yaylım Berdiyevə vəzifə borcunun öhdəsindən gəlmədiyi və ona tabe olan şəxsi heyətin fəaliyyətinə nəzarəti lazımınca həyata keçirə bilmədiyi üçün şiddətli töhmət verib.
Berdıməhəmmədov həmçinin müdafiə nazirinin müavinini - nazirliyin Mülki müdafiə və xilasetmə işləri Baş İdarəsinin rəisini “işində yol verdiyi ciddi nöqsanlara görə” vəzifəsindən azad edib.
Bundan başqa, baş nazirin müavininə, kommunal təsərrüfatı nazirinə, prezident aparatının və hökumətin işlər müdirlərinə töhmət verilib. “Türkmənistan Hava Yolları” Dövlət Aviasiya Xidmətinin başçısı və Aşqabadın meri də töhmət alıblar.
Xatırladaq ki, ötən həftə güclü yağış üzündən Aşqabadın mərkəzi hissəsi su altında qalıb. Su binaların zirzəmilərini doldurub, yolları və səkiləri yuyub aparıb. “Berkarar” ticarət mərkəzi ciddi xəsarət alıb. Yağışlar dağlarda selə səbəb olub.