​PAYTAXTDA XÜSUSİ ƏMƏLİYYAT - Silahlı şəxslər həbs edildi

Baxış sayı:
1963

Bakıda silahlı şəxslərin həbsi ilə bağlı xüsusi əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəs 18-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərov həbs edilib.
Ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.
Daha bir əməliyyatı Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsinin əməkdaşları keçirib. Əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədov həbs edilib.
Ondan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.