Paytaxtda, “prezident trasında” qəzaya düşən sportkar kimindir... - VİDEO

Baxış sayı:
14269

Özbəkistanın paytaxtı Daşkənddə avqustun 6-da axşam saatlarında baş vermiş qəza sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, paytaxtın “Müstəqillik” küçəsində, yaxud “prezident trasında” baş vermiş qəza zamanı üç maşın toqquşub, ölən və ya yaralanan olmayıb. Sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edən isə qəzaya düşən maşınlardan biri-Nissan GT-R R35 markalı , ağ rəngli sportkar olub. Çünki həmin markalı və həmin rəngli maşını bundan əvvəl prezident Şövkət Mirziyoyevin ailə üzvlərinin sosial şəbəkələrdə yerləşdirdikləri ailə fotolarında görmüşdülər. Şahidlərin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları sürətlə hadisə yerini əhatəyə alıblar və yolu qəzaya dair bütün izlərdən təmizləyiblər. Hadisə yerində qara rəngli “Mercedes SUV” avtomobili də görünüb. Nissan GT-R R35 markalı sportkarın qiyməti 115 min dollardan başlayır və həmin model avtomobili Daşkənd küçələrində nadir hallarda görmək olar. Təhlükəsizlik xidmətinin iki əməkdaşı anonimlik şərti ilə bildirib ki, “prezident trasında” qəza “təhlükəsizlik xidmətinin yüksək rütbəli əməkdaşlarından birinin” gühanı üzündən baş verib. Mənbələrdən biri deyib ki, avtomobil fitnes-klubdan çıxaraq böyük sürətlə Mirzə-Uluqbəy küçəsindəki çayxanaya tərəf şütüyüb, bu zaman qəza baş verib. Ehtimal edilir ki, prezident ailəsinə məxsus avtomobili təhlükəsizlik xidmətinin əməkdaşlarından biri idarə edirmiş.