​Paytaxtda ev qarət olundu - 30 MİN MANATLIQ QIZIL OĞURLANDI

Bakıda mənzildən bahalı əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 30 000 manat dəyərində qızıl əşyalar və 8000 manat dəyərində “Vertu” markalı mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə tutulub