PAYTAXTDA DƏHŞƏT: küçənin ortasında keçmiş arvadını...

Baxış sayı:
2179

Bakı şəhərinin Suraxanı rayonunda qətl törədilib.

Muxalifet.az xəbər verir ki, dünən Qaraçuxur qəsəbəsi ərazisində küçədə naməlum şəxs qadına hücum edərək onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ətrafdakı şəxslər qadına kömək edə bilməyib və o, hadisə yerindəcə keçinib.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Onun həmin qadının keçmiş həyat yoldaşı olduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.