​Paytaxtda 5 OTAQLI EV YANDI

Bakının Xəzər rayonunda ümumi sahəsi 150 kv.m olan evdə yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 72 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.