Paytaxtda 39 yaşlı kişi bıçaqlandı
2-08-2017 11:05
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Rayonun Moskva prospekti 54 ünvanında 1978-ci il təvəllüdlü Kamran İkram oğlu Qədirov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.