Patrisiya Lalond: “Avropa Parlamenti Azərbaycanı həddindən artıq sıxışdırır”

Baxış sayı:
7840

“Hesab edirəm ki, Avropa Parlamenti (AP) Azərbaycanı həddindən artıq sıxışdırır”.

Bu sözləri “Report“un Qərbi Avropa bürosuna açıqlamasında Avropa Parlamentinin üzvü Patrisiya Lalond üzv olduğu qurumda Azərbaycana qarşı baş tutan müzakirələrə münasibət bildirərkən deyib.

“Mən bir neçə dəfə Azərbaycana xüsusi olaraq qadın hüquqları ilə bağlı missiya tərkibində getmişəm. Bu zaman Azərbaycanın qadın hüquqları sahəsində necə səylər göstərdiyini görmüşəm. Bütün dəyərlərimizi olmasa da, Avropa İttifaqının bir sıra dəyərlərini, qadın hüquqları, radikal islamizmə qarşı mübarizəni, azlıqları müdafiə edən ölkələrə qarşı bu cür sərt olmaqda yanılırıq. Bakıya gedəndə məscidlərlə yanaşı, senaqoq, kilsə də görmək olur. Əlbətdə ki, Azərbaycanda mətbuatla bağlı müəyyən problemlər var. Amma bəzən müxtəlif ölkələrdə radikal islamizmə qarşı mübarizə aparmaq üçün mətbuat azadlığına qoyulan məhdudiyyətləri başa düşmək olar. Əlbətdə ki, bu bizim dəyərlərimizə zidd olduğu üçün mənfi qarşılanır. Biz bu problemdən uzağıq, hər halda bu günə kimi uzağıq. Heç həbs etməkdən danışmıram, sadəcə hər hansısa bir jurnalisti susdurmağa çalışsaq bu hal çox mənfi qarşılanacaq”, - P. Lalond vurğulayıb.