​Paşinyanın yeni parlamenti ilk gündə BİABIR OLDU

Baxış sayı:
11242

Siyasi məzmunu nöqteyi-nəzərindən Ermənistanın yeni seçilmiş parlamentinin birinci iclası məyusluq doğurdu və ümumi şəkildə parlamentin yeni çağırışının siyasi keyfiyyəti haqqında təəssürat yaratdı.
Bu haqda Ermənistan parlamentinin yeni çağırışının ilk iclasını və Ararat Mirzoyanın parlamentin spikeri seçilməsini şərh edən siyasi şərhçi Sarqis Artsruni bildirib.
Onun sözlərinə görə, Ararat Mirzoyan inqilab komandasında Nikola Paşinyandan sonra de-fakto ikinci şəxs idi və parlamentin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsi obyektiv idi. Amma, ekspert qeyd edir ki, Mirzoyanın proqram çıxışı, yumşaq desək, siyasi deyildi və Ermənistanın hazırkı hakimiyyətinin siyasi mesajlara malik olmadığı barədə təəssürat yaradır.
"Parlamentin spikerinin postuna namizəd öz çıxışını sitatlarla başlayır və bitirir. Bununla, faktiki olaraq, siyasi sözün yoxluğunu pərdələyir. Ararat Mirzoyanın çıxışı zamanı təəssürat formalaşırdı ki, sanki "Sasna Çrer” Partiyasının (keçmiş terror qruplaşması, parlament seçkilərindən əvvəl partiyaya çevrildi –red.) xadimlərindən biri nitqlə çıxış edirdi. Hər halda, fərz etmək çətin idi idi ki, o, öz xarakteri üzrə məxmər inqilabın əsas xadimlərindən birinin çıxışı kimi yaddaşlarda yazılacaq. Parlament sədrliyinə namizəd, faktiki olaraq, hətta onun fraksiyasının üzvləri tərəfindən hazırlanmış suallara cavab vermədi”, - o yazıb.
Siyasi şərhçinin sözlərinə görə, Mirzoyanın proqram çıxışı siyasi məzmunlu uzaq, epos üslubunda idi.
"Çıxışın aksentlərinə görə yekunlaşdırmaq olar ki, onun başçılıq etdiyi parlament hakimiyyətin mərkəzi (əslində parlament respublikasında əsas rol parlamentə məxsus olmalıdır –red.) olmayacaq, baş nazir və hökumətə xidmət edən idarə statusu daşıyacaq.publika