Paşinyanın Qarabağa səfəri təxirə salındı: Səbəb

Baxış sayı:
8953

Aprelin 7-də Hovan kilsəsinin təqdis mərasimi planlaşdırılıb ki, bura həm Ermənistandan, həm də işğal altında olan Qarabağdan yüksək dərəcəli “rəsmilər” dəvət olunub.
 
 “Joğovurd” nəşri xəbər verir ki, son vaxtlar mərasimdə Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi və “Yerkrapah” təşkilatının qurultayının təxirə salınacağı ilə bağlı məlumatlar yayılır.
Lakin bildirilir ki, Paşinyan Qarabağa gəlməyəcək, yəni “Yerkrapah” təşkilatının qurultayında iştirak edəcək. Nəşrin əldə etdiyi məlumatlara görə, bundan başqa “Yerkrapah” təşkilatının qurultayının bu günə planlaşdırması heç də təsadüfi deyil. Ermənistandan gələcək nümayəndə heyəti tərkibində isə bütün ermənilərin katalikosu II Qaregin də olacaq.
Bununla yanaşı, Ermənistan Respublikaçılar partiyasının sədri Serj Sarkisyan da Qarabağa gəlmək barədə təklif alıb. Nəşr Ermənistan Baş nazirinin mətbuat xidmətinin rəhbəri Vladimir Karapetyana müraciət ünvanlayıb və o, dəvət məlumatının olmadığını qeyd edib: “Baş nazir İrəvanda keçiriləcək “Yerkrapah” təşkilatının qurultayında iştirak edəcək”.