Paşinyanın Qarabağa gəlməsinin ŞOK SİRRİ ORTAYA ÇIXDI: Dekabrın1-də...

Baxış sayı:
15520

Bildiyimiz kimi 2 gün əvvəl erməni baş nazir  Paşinyan Dağlıq Qarabağa "guya" hərbi hissəyə baş çəkməyə getmişdi, əslində isə məqsədi qondarma “prezident seçkilərinə”namizədliyini irəli sürdüklərini elan edən üç nəfərlə görüşmək idi. Yayılan məlumata görə görüş Paşinyanın Dağlıq Qarabağın daxili işlərinə müdaxiləsinə çevrilmədi və Xankəndindəki konkret şəxslərə dəstək göstərilmədi.
Xəbər verildiyi kimi, Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" 2020-ci ilin mart ayının sonlarına planlaşdırılır.
Politoloqlar qondrma “sabiq baş nazir Araik Harutyunyan” və qondarma “xarici işlər naziri Masis Mayilyanın” qondarma yarışın əsas favoritləri olacağını bildiriblər.
Dekabrın 1-də Nikol Paşinyan Xankəndində Aşot Qulyan, Masis Mayilyan və Araik Harutyunyan, "Daşnaksütyun" ARF-nin rəhbəri David İşxanyan ilə iclas edib və görüşdə Dağlıq Qarabağda seçkilərinin təşkili, Qarabağ münaqişəsinin nizamlanması prosesinə də toxundu "deyildi.
Dekabrın 1-də, Nikol Paşinyanla qondarma “DQ” oyuncaq prezidenti Bako Sahakyan arasında “rəsmi” görüş də keçirildi, bu görüşdə "iki erməni dövlətinin müxtəlif sahələrdə qarşılıqlı əlaqəsi ilə bağlı geniş məsələlər" müzakirə olundu və Paşinyan bəyan etdi ki, Ermənistan hökuməti “Qarabağ hakimiyyətinə azad və ədalətli seçkilərin” keçirilməsində kömək edəcək.
Bildiyimiz kimi, bir müddət əvvəl sabiq erməni prezident Serj Sarkisyan bu qondarma seçklərdə iştirak etmək niyyətini bildirmişdi və siyasi fəaliyyətini Dağlıq Qarabağa daşıyacağını bildirmişdi. Əgər bunu bacara bilsəydi, yəqin ki, İrəvanda vəziyyətin qarışacağını gözləyəcəkdi və məqam gələn kimi yenə prezidentliyə qayıtmaq şansını istifadə edəcəkdi. Paşinyana isə bu lazım deyil. Ona Qarabağda özü ilə razılaşan və sözəbaxan adam ya da “keşikçi” lazımdır. Sarkisyana bu şansı verə bilməzdi və tam vaxtında hücuma keçdi. Çünki, Sarkisyan ona alternativ ola bilərdi. Dolayısı ilə Rusiyanı pusquda gözləyən  İrəvandakı “ikinci adamından” da məhrum elədi, özünü isə onu da “digər bir inqilabla” və ya başqa yolla hakimiyyətdən məhrum edilməkdən xilas etdi. Yəqin, Sarkisyana da, Robert Koçaryanın taleyini bəxş etməkdə əlindən gələni edəcək və Rusiyaya özünün “alternativsiz” olduğunu qəbul etdirəcək.   
Şükürova Ülviyyə
Muxalifet.az