Paşinyanın Putinə hədiyyə etdiyi kitab Bakıda: "Soruşdum ki..." - Politoloq SİRRİ AÇDI

Baxış sayı:
6736

“Paşinyanın Putinə bağışladığı kitabdan təsadüfən məndə də var”. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə sosial media hesabında qeyd edib. Politoloq bildirib ki, bu kitabı ona müəllif özü bağışlayıb: “Onunla bir söhbətim də yaxşı yadımdadır. Sual vermişdim: Vladimir Nikolaeviç, deyirsiniz ki, tərəflər nə vaxtsa sülh planın qəbul olunmasının bir addımlığında idilər, bəs niyə bu, baş vermədi? Dedi, yəqin ki, buna imkan yaranmyıb. Soruşdum ki, yaranmayıb, ya yaratmamısınız? Gülümsəyərək dedi, bu suala cavabı tarix verəcək...” Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 11 oktyabrda Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının Sammitində Vladimir Putinə Vladimir Kazimirovun “Qarabağa sülh: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçiliyi" adlı kitabını hədiyyə etmişdi. Kazimirov 1992-1996-cı illərdə Rusiyanın vasitəçilik missiyasının rəhbəri, ATƏT Minsk qrupunun keçmiş həmsədri olub.