Paşinyanın hökuməti Dağlıq Qarabağdakı qondarma rejimin pulunu kəsdi - SENSASİON TƏFƏRRÜAT

Baxış sayı:
301

Nikol Paşinyanın hökuməti qondarma Dağlıq Qarabağ” respublikası” rejiminin maliyyə yardımı barədə xahişlərini rədd edir.

Bu sensasion məlumatı Rusiya mənbələri erməni mətbuatına istinadən yayıb.

Məlumatda deyilir ki, Paşinyan Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma “prezident” Bako Saakyan Balasanyandan  Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməyi istəsə də keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib.

Xatırladaq ki, Balasanyan “DQR prezidenti” postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var.

Məlumatda həmçinin bildirilir ki, maliyyə yardımı barədə xahişlər artıq ikinci aydır Ermənistan hökuməti tərəfindən rədd edilir. Mənbələr yaranmış vəziyyəti Ermənistan tərəfdən Dağlıq Qarabağa tətbiq edilmiş sanksiya kimi qiymətləndirirlər.

Bundan əvvəl Paşinyan Dağlıq Qarabağın rəhbərliyini, o cümlədən Balasanyanı Qarabağda yeni müharibə qızışdırmaq planlarında ittiham etmişdi. Onun bildirdiyinə görə, həmin qüvvələr müharibəni başladıb “bəzi əraziləri verə bilər” və buna görə Ermənistan hakimiyyətini günahlandırmağı planlaşdırır./Virtualaz