Paşinyanın gizli müzakirəsi:Hansı rayonlar işğaldan azad edilir?

Baxış sayı:
6406

Ermənistanın Baş naziri Nikol Paşinyan terror qruplaşması sayılan Sasna Çrer liderləri ilə danışıqlar aparıb. Görüş tam konfidensial xarakter daşıyıb.
Muxalifet.az-ın məlumatına görə, Ermənistanın 7or.am saytı bu gizli görüşlə bağlı bəzi sensasion bilgilər əldə etdiyini yayıb.
Belə ki, müzakirə olunan dörd mühüm məsələ arasında Dağlıq Qarabağ münaqişəsi də diskussiya obyekti olub:
“Paşinyan artıq Qarabağın bir hissəsinin boşaldılmasına söz verib. İndi müzakirə olunan məsələ məhz hansı rayonların qaytarılmasından gedir”.
Saytın əldə etdiyi digər məlumata görə, Ermənistan Gümrüdəki Rusiya bazasından da azad olmaq istəyir.