Paşinyanın bu sözü savaşı qaçılmaz etdi - UKRAYNALI POLİTOLOQ

Baxış sayı:
397

Bu gün Ermənistanda xaos hökm sürür və etiraz dalğasından sonra hakimiyyətə gələn Paşinyanın durumu heç də ürəkaçan deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ukraynalı politoloq Aleksey Voronenko Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu söyləməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Paşinyan darmadağın hesabı ilə uduzduğu üçün hazırda ona “qol vurmaq” lazımdır:
“Onun Qarabağa gəlişi və buradakı populist çıxışı bu ağrılı mövzudan öz “varçapet” kreslosunda heç olmasa bir az daha oturmaq üçün istifadə etmək cəhdindən başqa bir şey deyil. Paşinyan verdiyi böyük vədlərin heç birini tuta bilmədi. Ermənistan xarici siyasət gəmisinin yelkənlərinin hansı istiqamətə baxdığı hələ də bəlli deyil. Ermənistan da daxil olmaqla heç bir ölkə qondarma Dağlıq Qarabağı tanımayıb. Qarabağın kimə məxsus olduğunu və ermənilərin əlinə necə düşdüyünü bütün dünya bilir. Düşünürəm ki, rəsmi Bakı artıq hərəkətə keçməlidir. Paşinyan öz bəyanatları ilə danışıqların mənasız olduğunu göstərdi”.